Cümə, 03 May

İranlı deputat: "İnsanları güllələməyi sizə kim əmr edib?"

image

İran parlamentinin Mahabad şəhərindən olan deputatı Cəlal Mahmudzadə Prezident və daxili işlər nazirinə Mahabadda və kürdlərin yaşadığı bölgələrdə öldürülən insanlarla bağlı xəbərdarlıq edib.

Xəbər verilir ki, deputatın sözlərinə görə,  Mahabad və Kürdüstan əyalətində keçirilən etiraz aksiyaları zamanı rəsmi məlumatlara görə, 13 nəfər, qeyri-rəsmi statistikaya görə isə 105 nəfər həlak olub.

O, qeyd edib ki, prezident İbrahim Rəisi və daxili işlər naziri xalqa qarşı silahdan istifadənin sifarişini kimin verdiyini araşdırıb cavab verməlidir.

“Hərbi əməliyyatlar, sadə vətəndaşların həbsi, yaşayış binalarına gecə basqınları, insanların əmlakının dağıdılması, binaların daxili divarlarına şüarların yazılması, vətəndaşların şəxsi əşyalarının yoxlanması, Mahabadda və kürdlərin yaşadığı şəhərlərdə çoxsaylı nəzarət-buraxılış məntəqələrinin yaradılmasında məqsəd nədir? ?” – deyə Cəlal Mahmudzadə bildirb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15